Bayram günlərində baş verən hadisələrin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bayram günləri (31- 04 yanvar) ərzində törədilmiş 151 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış ümumilikdə 32 cinayətin açılması təmin olunub.
Respublikanın avtomobil yollarında ümumilikdə 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər yaralanıb, 11 nəfər isə həyatını itirib. Həmçinin Bakı şəhərində və respublika ərazisində müvafiq qurumlar tərəfindən 298 toy şənliyinin monitorinqini həyata keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Hacıqabul qəzasında ölən və yaralananların tam SİYAHISI – YENİLƏNİB - VİDEO
Nəticədə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 93 nəfər isə “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Bayram günlərində baş verən bədbəxt hadisələrdən biri də cəbhədən gəlib.
Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 3 nəfər hərbi qulluqçunun öldürülməsi ilə bağlı Bizim.Media-ya məlumat daxil olub. Hərbi qulluqçuları öldürməkdə şübhəli bilinən kiçik çavuş Elxan Əvəzli barəsində həbs qətimkan tədbiri seçilib.
Baş prokurorluqdan verilən digər xəbərə əsasən, yanvarın 2-si N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşüb. Nəticədə əsgər Yusif Eyniyevə “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulub.
MÖVZU İLƏ BAĞLI:
Qubadlıda qətlə yetirilən DSX hərbçilərinin FOTOLARI
FHN-dən verilən məlumata görə, yeni il gecəsi Bakıda 1, Zaqatala rayonunda isə 5 yanğın hadisəsi baş verib. Ölən və xəsarət alanlar yoxdur.
Səkinə Yusibli, Bizim.Media