Bakıda arvadını baltalayan kişi saxlanıldı - RƏSMİ

Bakıda arvadını baltalayan kişi saxlanıldı - RƏSMİ

Hazırda oxunan: Bakıda arvadını baltalayan kişi saxlanıldı - RƏSMİ

53823

Bakıda həyat yoldaşını balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirən kişi saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Xətai Rayon Prokurorluğundan bildirilib.

"Yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Həmidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Həmidə Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Orxan Alıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub", -deyə Prokurorludan deyilib.

Qeyd edək ki, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO