Daşkəsəndə narkotik maddə qəbul edərək avtomobil idarə edən şəxs saxlanılıb

Daşkəsəndə narkotik maddə qəbul edərək avtomobil idarə edən şəxs saxlanılıb

Hazırda oxunan: Daşkəsəndə narkotik maddə qəbul edərək avtomobil idarə edən şəxs saxlanılıb

53811

Daşkəsəndə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayonr ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsü yol nişanının tələbəni pozduğu üçün saxlanılıb.

Həmin nəqliyyat vasitəsini idarə edən Elmar Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən E. Məmmədovun psixotrob vasitədən istifadə etdiyi məlum olub.

Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO