Karantin şərtlərini pozan xəstələr həbs olundu

Karantin şərtlərini pozan xəstələr həbs olundu

Hazırda oxunan: Karantin şərtlərini pozan xəstələr həbs olundu

53763

Yanvarın 3-də polis əməkdaşları tərəfindən respublika ərazisində 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb, 2 nəfər barəsində isə cinayət işi açılıb.

Bizim.Media-ya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

MÖVZU İLƏ BAĞLI:

Koronavirus xəstəsi ictimai yerdə aşkarlandı


Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 2 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO