Cavad Xanın şəhadətindən 218 il ötür - ƏTRAFLI

Cavad Xanın şəhadətindən 218 il ötür - ƏTRAFLI

Hazırda oxunan: Cavad Xanın şəhadətindən 218 il ötür - ƏTRAFLI

53701

Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindən olan Cavad Şahverdi xan oğlu 19 il (1785-1804) Gəncənin xanı olub, Azərbaycanın tarixində mərd və cəsur sərkərdə kimi qalıb.

Bizim.Media xəbər verir ki, Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr fonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi.

Yaxınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyllərindən məharətlə istifadə edən Gəncə xanı antirus koalisiya yaratmağa çalışır, hətta buna müəyyən qədər müvəffəq olur.

Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına and içirlər. Lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, güclü düşmən qarşısında tək qalır.

General P.Sisianovun başçılıq etdiyi çoxsaylı qoşun yalnız 1804-cü il yanvarın 3-də Cavad Xan qətlə yetirildikdən sonra Gəncəni zəbt edə bilib.

1804-cü il yanvar ayının 3-ü həm də Gəncə xanlığının Çar Rusiyası tərəfindən işğal olunduğu gün kimi tarixə düşüb. Həmin gündən 218 il keçsə də Gəncəlilər qəhrəman sərkərdənin xatirəsini hər zaman böyük hörmət və ehtiramla yad edirlər.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO