Ana və övladını öldürən şəxsə HÖKM OXUNDU - TƏFƏRRÜAT 

Ana və övladını öldürən şəxsə HÖKM OXUNDU - TƏFƏRRÜAT 

Hazırda oxunan: Ana və övladını öldürən şəxsə HÖKM OXUNDU - TƏFƏRRÜAT 

53660

Ana və azyaşlı oğlunu avtomobillə vuraraq öldürən şəxsə hökm oxunub.  

Bizim.Media xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Taleh Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Hökmə əsasən, T. Tağıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə aprelin 19-u paytaxtın Sabunçu dairəsi yaxınlığında qeydə alınıb. 

Taleh Tağıyevin idarə etdiyi “Ravon” markalı avtomobil Gülnar Yuniszadə, onun oğlu Yusmir Yuniszadə və bacısı Fidan Cəfərzadəni vurub. Nəticədə ana və oğlu ölüb, F.Cəfərzadə isə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Qəzanı törədən T.Tağıyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. (APA) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO