Vətən müharibəsinin şəhid xanımı təltif edildi

Vətən müharibəsinin şəhid xanımı təltif edildi

Hazırda oxunan: Vətən müharibəsinin şəhid xanımı təltif edildi

5360

İkinci Qarabağ müharibəsinin yeganə şəhid xanımı - Arəstə Baxışovanın adı bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təltif olunan hərbi qulluqçular siyahısındadır.

Bizim.Media xəbər verir ki, o, "Vətən uğrunda" medalı ilə təltif olunub.

Qeyd edək ki, 1989-cu ildə Xaçmazda doğulan Arəstə Baxışova Azərbaycan Silahlı Qüvvələrinin Hospitalında tibbi statist vəzifəsində, daha sonra isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində çalışıb.

Azərbaycan Ordusunun çavuşu olan hərbi tibb qulluqçusu Arəstə xanım sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb.

O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Özündən sonra iki övladı qalıb: Zəhra və Mərdan indi nənələrinin himayəsindədirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO