2021-ci il dünyada olduğu kimi, Azərbaycanda da qalmaqallı, səs-küylü hadisələrlə yadda qalıb. ən əsası da istefalar xalq arasında xüsusi diqqət və rəğbət qazanıb.
Bizim.Media xəbər verir ki, 2021-ci yanvarın 28-də Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifəsindən azad edilməsi xəbərinə çoxları inanmasa da, bu fakt idi.
MÖVZU İLƏ BAĞLI:
2021-də QARABAĞ hansı böyük şəhərlərdə müzakirə edilib? - NƏTİCƏLƏR
· Adı nazirliyin rəsmi saytının struktur bölməsindən çıxarılan generalın hələ əvvəllər də vəzifəsindən azad olunması ilə bağlı şayiələr olub, amma budəfəki xəbər şayiə deyildi.
Əlavə edək ki, Nəcməddin Sadıkovun azad olunması xəbəri insanlar arasında nikbin qarşılanıb. Çünki əhali arasında hələ də təsdiqlənməmiş Nəcməddin satqınlıqları və cinayətləri ilə bağlı dedi-qodu dolaşmaqdadır. Ən qıcıqlandırıcı məsələ isə 44 günlük savaşdan sonra Sadıkovun Dubayda çimərlik geyimində fotolarının yayılmasıdır.
- 2021 -ci ilin arzuedilən daha bir xəbəri Səhiyyə Nazirliyindən gəldi. 16 il bu sahəyə rəhbərlik edən, insanların xatirəsində “səssiz adam” kimi qalan Oqtay Şirəliyev istefaya göndərilib. Onun barəsində narazılıq yaradan informasiyalardan biri də Moskvada vəzifə tutan Nərmin Şirəliyeva haqqında dolaşan şayiələrdir.
· Sabiq deputat Hüseynbala Mirələmovun iş otağında yayılan videogörüntüsü qısa zamanda sürətlə sosial şəbəkələrdə yayıldı. Videogörüntü yayılan kimi sabiq deputat tutduğu bütün vəzifələrindən azad edildi. Bir müddət keçəndən sonra isə həmin görüntülərin bəzi internet platformalarından silindiyi məlum oldu.
· Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov da intim videosu yayılan vəzifəli şəxslər sırasında xatırlanacaq. Videodanışıq zamanı ekran görüntüsünün qeydə alındığından xəbəri olmayan 67 yaşlı sədrin qeyri-etik görüntüləri uzun zaman müzakirə olundu.
· 2021-də “Azərsu” ASC-yə rəhbərlik edən Qorxmaz Hüseynov öz dəbdəbəli malikanəsi ilə gündəmə gələrək, 10 illik vəzifəsindən azad edildi.
· Adı bir neçə qalmaqalda hallanan Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini 57 yaşlı Xalidə Bayramova 4 başçını yola saldıqdan sonra 2021 -ci ilin may ayında tutduğu vəzifədən uzaqlaşdırıldı. 14 il Səbail rayonunda ən önəmli vəzifələrində olan xanım məmurun adı 3 il əvvəl 162 saylı məktəbin 14 yaşlı şagirdi Elina Hacıyevanın intiharında hallanırdı.
· II Qarabağ Müharibəsindən sonra Birinci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənovun da vəzifəsindən azad edilməsi xəbəri rəsmi təsdiqlənməsə də, geniş müzakirə yaratdı. H.Həsənovun Vətən müharibəsindəki Zəfərdən sonra ilk Silahlı Qüvvələr günündə təltif edilən hərbçilər, generallar arasında adı çəkilməməsi də şayiələrə zəmin oldu.
Azərbaycanın nümunəvi kadr islahatlarının 2022-ci ildə davam etdirilməsini labüdləşdirən şikayətlər olduğu üçün müxtəlif qurum rəhbərlərinin yenisi ilə əvəzlənməsi qaçılmaz görünür.
Bizim.Media