Gəncədə yeni meydança istifadəyə verilib

Gəncədə yeni meydança istifadəyə verilib

Hazırda oxunan: Gəncədə yeni meydança istifadəyə verilib

53344

Gəncədə süni örtüklü mini futbol meydançası yenidən qurulub.

Bizim.Media-nın yerli bürosuna bu barədə məlumatı Gəncə Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov verib.

Onun sözlərinə meydança çox yararsız vəziyyətdə olduğu üçün istifadə olunmurdu. Stadionun yenilənməsinin təşəbbüskarı yerli İcra hakimiyyəti olsa da, stadionu qazonla AFFA təmin edib.

Meydança şəhərin “Yeni Gəncə” adlanan yaşayış massivində yerləşir. Stadionun süni qazonu artıq quraşdırılıb, kənarları yenidən bərpa edilib.

Meydançada məşq bölmələrininyaradılması da planlaşdırılır ki, bu da uşaqların futbola olan maraqlarını artırmağa, istedadlı idmançıların aşkar edilməsində yardımçı olacaq.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO