TƏBİB koronavirus xəstələrinin qidasına qarşı niyə biganədir?

TƏBİB koronavirus xəstələrinin qidasına qarşı niyə biganədir?

Hazırda oxunan: TƏBİB koronavirus xəstələrinin qidasına qarşı niyə biganədir?

5333

Xəbər verdiyimiz kimi, bir həftə öncə, koronaviruslu xəstələrin müalicə aldığı Saray Modul tipli xəstəxanasında bir qrup həkim və koronavirus xəstələri qidadan zəhərlənmişdi. Araşdırmalar zamanı məlum olub ki, koronavirus xəsətləri müalicə aldıqları tibb müəssisələrində “freshcatering” şirkətinin onlar üçün verdiyi qidalardan zəhərlənib.

COVİD-19 pandemiyasının yaratdığı kifayət qədər problemlərin içində bir də qida təminatı məsələsi üzərində gəzən şübhələr Bizim.Media-nın oxucuları üçün bu suallara aydınlıq gətirməsi ehtiyacını yaratdı.

TƏBİB-dən sorğumuza uyğun olaraq bildirildi ki, koronavirus infeksiyasından müalicə alan xəstələr tibb müəssisələrində qida şirkətlərinin menyusu ilə qidalanırlar:

“Koronavirus xəstələrinin xüsusi qidalanması yoxdur, normal qaydada hamı kimi qidalanırlar. Xəstələrin qidalanmasını ketrinq şirkətləri həyata keçirir. Xəstələrə verilən yeməklərin ödənişi isə tibb müəssisəsinin öz hesabına ödənilir. Təxminən bir xəstənin bir gündə 3 dəfə qidalanması 7-8 AZN arasında dəyişir. Menyu isə müxtəlifdir. Müalicə olunan insanlar bu həftə bir cür, o biri həftə isə başqa bir menyu ilə qidalanırlar. Yeməklərin təhlükəsizliyinə isə Qida Təhlükəsizliyi Agentiliyi nəzarət edir”- deyə məlumatda bildirilib.

Vəssalam, bununla da TƏBİB-in işi bitmiş olur. Amma hər kəs yaxşı bilir ki, xəstənin tez sağalmasında mütəxəssislər tərəfindən tərtib edilmiş qida rasyonu da xüsusi rol oynayır. Hələ zəhərlənmnə və digər məsələləri demirik.

Koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan Həkim Nərgiz Səmədova deyir ki, modul tipli tibb müəssisələrdə xəstələr şirkətdən verilən pəhriz yeməkləri ilə qidalanırlar. Amma qida rasyonun tərtibində heç bir mütəxəssis rəyi-filan yoxdur.

Həkim əlavə edir ki, koronavirusa yoluxan xəstələrin qida rasiyonunda ət, süd, meyvə -tərəvəz məhsulları - immuniteti gücləndirən qidalar daha çox olmalıdır. 

Şirniyyatdan uzaq durmalmalıdır. Çünki, boğazda qıcıqlanma yaradır. Təbii ki, yanaşı xəstəliyi olan adamların qidalarına daha çox diqqət edilməlidir.

Maraqlıdır ki, dünyada COVİD-19 xəstəliyindən müalicə alan xəstələr tibb müəssisələrində nə yeyirlər? Həkimlər onlara hansı məsləhətləri görür?

Məsələn Rusiyanın Kommunarka Xəstəxanasında xəstələr gündə beş dəfə qidalanırlar.   Xəstələrə tərəvəz və ya toyuq supu, köftə kimi digər sulu yeməklər verilir. Səhər yeməyi üçün - kəsmik, pendir, omlet, sıyıq, qarabaşaq, yulaf və manna yarması, kefir, şirələr verilir. Ara yeməyində isə bol salat və ya meyvə salatı verilir. Şam yeməyi makaron, qreçka, püre, soyutma ət məhuslları kimi qidaları ilə zəngin olur. Gecə isə kefir, süd və ya yoqurt verilir.

Koronaviruslu xəstələri üçün menyusu zəngin olan ölkələr arasında Ukrayna da yer alır. Burada da xəstələr gündə 5 dəfə qidalanır. Xəstələr üçün ayrılan menyuda qidalar bol C vitaminli olur.

Avropa ölkələrinin bir çoxunda isə Covid-19-dan müalicə alan xəstələr də gün ərzində 5 dəfə qida qəbul edirlər.

Amerikan Parenteral və Enteral Qidalanma Cəmiyyəti öz koronavirusa yoluxan xəstələrlə bağlı təlimatlarında bu məlumatları qeyd edir.

Deyilir ki, COVİD-19-lu xəstələri kifayət qədər kalori, protein, amin turşuları ilə təmin olunmalıdır. Qida qəbul edə bilməyən xəstələrə isə  A, D vitaminləri və digər mikroelementlərlə əlavə qidalanma verilməlidir. Karantində olan xəstələr isə həm qidalarına fikir verməli, həm də   mütəmadi olaraq fiziki fəallıqlarını davam etdirməlidirlər.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO