Naxçıvanda hərbi kursları bitirən gənclərə seritifikatlar verildi - VİDEO

Naxçıvanda hərbi kursları bitirən gənclərə seritifikatlar verildi - VİDEO

Hazırda oxunan: Naxçıvanda hərbi kursları bitirən gənclərə seritifikatlar verildi - VİDEO

53292

Naxçıvan Qarnizonu Qoşunlarında gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə seritifikatlar təqdim edilib, ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar. Bu münasibətlə keçirilən buraxılış mərasimlərində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, mərasimlərdə çıxış edənlər kurslar zamanı peşəkarlaşan gənclərimizi yeni hərbi vəzifələrə təyin olunmaları və eləcə də 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək bundan sonrakı xidmətlərində uğurlar arzulayıblar.

Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırıldıqdan sonra oktyabr ayında həqiqi hərbi xidmətə çağırılan əsgərlərimiz tərəfindən müxtəlif hərbi ixtisaslar üzrə qazanılan bilik və bacarıqlar nümayiş etdirilib.

Gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və tribuna önündən təntənəli keçidlə mərasimlər başa çatıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO