Bakıda DƏHŞƏTLİ HADİSƏ - 2 yaşlı körpə qaçırıldı - VİDEO

Bakıda DƏHŞƏTLİ HADİSƏ - 2 yaşlı körpə qaçırıldı - VİDEO

Hazırda oxunan: Bakıda DƏHŞƏTLİ HADİSƏ - 2 yaşlı körpə qaçırıldı - VİDEO

53283

Ana iki gündür oğurlandığı iddia edilən 2 yaşlı övladı üçün ağlayıb, gözyaşı tökür.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu eyni adlı qəsəbədə baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda naməlum qadın 2 yaşlı uşağı oğurladı


Kürdəmir sakini Reyhan Şıxəliyeva iddia edir ki, iki gün əvvəl işdə olarkən həyat yoldaşı ona övladlarının oğurlandığını deyib. Ana dərhal işlədiyi bazardan evə gəlib.

Həmin qadın əvvəllər onların kirayədə qaldıqları ünvana gələrək həm onlara, həm də ətrafda yaşayanlara sosial yardım veriləcəyi adı ilə siyahıya alıb. Qadın onu da iddia edir ki, həmin şəxs oğurluğu digər 4 uşağın gözü qarşısında həyata keçirib. 

Uşağın valideynləri ''102'' xidmətinə məlumat veriblər. Hadisə yerinə ərazi üzrə 12-ci polis şöbəsinin əməkdaşları gəlib, valideynlərin şikayət ərizəsini alıblar.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO