Maskadan istifadə etməyənlərə qarşı tədbirlər görülür

Maskadan istifadə etməyənlərə qarşı tədbirlər görülür

Hazırda oxunan: Maskadan istifadə etməyənlərə qarşı tədbirlər görülür

5327

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirir.

Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundanverilən məlumata görə, rayonun giriş və çıxışlarında qurulan karantin postlarında polis və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

Postlarla yanaşı şəhər daxilində də mobil qruplar tərəfindən yaşayış yerini tərk edən vətəndaşların SMS icazələrinin olub-olmaması planşet vasitəsilə yoxlanılır. İcazələri olmadan yaşadıqları ünvanları tərk edənlərə sərtləşdirilmiş karantin rejiminin tələbləri diqqətə çatdırılır və barələrində cərimə protokolu tərtib olunur.

Həmçinin reydlər zamanı tibbi maskadan istifadə etməyən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO