Kürdəmirdə avtomobil 60 yaşlı qadını vurdu - Sürücü qaçdı

Kürdəmirdə avtomobil 60 yaşlı qadını vurdu - Sürücü qaçdı

Hazırda oxunan: Kürdəmirdə avtomobil 60 yaşlı qadını vurdu - Sürücü qaçdı

53236

Kürdəmir rayonunda avtomobil 60 yaşlı qadını vurub, sürücü qaçıb.

Bizim.Media xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 60 yaşlı Kərimova Xatirə Ərzulla qızı yol kənarında olarkən "OKA" markalı avtomobillə vurulub. Daha sonra avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

Ağır bədən xəsarəti alan yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda Kürdəmir Rayon Polis Şöbəsində maraşdırma aparılır, sürücünün tapılması istiqamətində işlər davam etdilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO