Jurnalist vəsiqəsi verilmiş şəxslərin 4 İMTİYAZI açıqlandı - ƏTRAFLI

Jurnalist vəsiqəsi verilmiş şəxslərin 4 İMTİYAZI açıqlandı - ƏTRAFLI

Hazırda oxunan: Jurnalist vəsiqəsi verilmiş şəxslərin 4 İMTİYAZI açıqlandı - ƏTRAFLI

53212

Azərbaycanda jurnalist vəsiqəsi veriləcək şəxslərin imtiyazları müəyyənləşib.

Bizim.Media xəbər verir ki,  bu, parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

Media haqqında qanun qəbul edildi - MİLLİ MƏCLİSDƏN TƏFƏRRÜAT


Jurnalist vəsiqəsi verilmiş şəxslərin aşağıdakı imtiyazları var:

1. Jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olmaq;

2. Dövlət orqanları (qurumları), müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq;

3. Əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin tədbirlərin keçirildiyi məkanlara bu qanunun 72-ci maddəsinə uyğun olaraq akkreditasiya olunduğu halda daxil olmaq;

4. Bu qanunun 76.1.2–76.1.5-ci maddələrində nəzərdə tutulmuş güzəşt və imtiyazlardan yararlanmaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO