İnformasiyadan istifadə edilməsi qaydasına dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bu, "Media haqqında" qanun layihəsinə III oxunuşda təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinin 13.3-cü bəndi yeni redaksiyada verilir:
"Bu Qanunun 13.1-ci və 13.2-ci maddələri (istinadla bağlı tələb istisna olmaqla) dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmyəcək.
I və II oxunuşda qəbul edilən qanun layihəsində qeyd edilmişdi ki, Bu Qanunun 13.1-ci və 13.2-ci maddələri dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir.
Qanunun 13.1 və 13.2-ci bəndləri isə aşağıdakı kimidir:
13.1- Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.
13.2- Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:31 / 29.12.2021
İnformasiya agentliklərinin informasiyasından istifadə zamanı İSTİNAD tələb ediləcək
Hazırda oxunan: İnformasiya agentliklərinin informasiyasından istifadə zamanı İSTİNAD tələb ediləcək
Hazırda oxunan: İnformasiya agentliklərinin informasiyasından istifadə zamanı İSTİNAD tələb ediləcək
53030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.