Baş Qərargah rəisi komandolarla görüşdü - FOTO

Baş Qərargah rəisi komandolarla görüşdü - FOTO

Hazırda oxunan: Baş Qərargah rəisi komandolarla görüşdü - FOTO

52984

Müdafiə nazirinin tapşırığına əsasən müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi əvvəlcə Quru Qoşunları Komandanlığının qərargah binası, digər idarələrinin inzibati binalarında yaradılan şəraitlə tanış olub və 2021-ci ilin yekunlarına dair müşavirə keçirib.

Hərbi qulluqçular qarşısında çıxış edən general-polkovnik K.Vəliyev qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından şəxsi heyəti təbrik edib.

Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar müşavirədə bir daha şəxsi heyətin diqqətinə çatdırılıb. 

Sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi Əməliyyat (Komando) hərbi hissələrindən birində şəxsi heyətlə görüşüb.
Müdafiə nazirinin tapşırıqlarını şəxsi heyətə çatdıran general-polkovnik K.Vəliyev hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsinin vacibliyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO