İmişlidə 14 yaşında ərə verilən qızın valideynləri polisə çağırıldı

İmişlidə 14 yaşında ərə verilən qızın valideynləri polisə çağırıldı

Hazırda oxunan: İmişlidə 14 yaşında ərə verilən qızın valideynləri polisə çağırıldı

52960

Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) İmişli rayonunda 14 yaşlı qızın nişanlanması ilə bağlı məsələni nəzarətə götürüb.

Komitədən Bizim.Media-ya verilən məlumata görə, hər iki tərəfin valideynləri İmişli Rayon Polis Şöbəsinə dəvət olunublar. Onlara bu hadisənin hüquqazidd olması və məsuliyyətə yaratdığı haqda məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

İmişlidə zorakılığa məruz qalan 11 yaşlı qızın SON DURUMU


"Məsələ aidiyyəti qurumların nəzarətindədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, bu hadisələrə biganə yanaşmayan ictimaiyyət nümayəndələrinə təşəkkürümüzü bildirir və hər kəsdən bu kimi hallarla rastlaşdıqları zaman dərhal müvafiq qurumlara məlumat vermələrini xahiş edirik”, - deyə Komitədən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO