44 erməni əsirin olduğu təyyarə bir neçə dəqiqə əvvəl İrəvanın Erebuni aerodromuna enib.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Məlumata görə, təyyarədən enənlər təcili yardım maşınlarına mindirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari il dekabrın 14-dən əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb.
Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib.
Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:46 / 14.12.2020
Azərbaycan 44 erməni əsiri Ermənistana qaytardı
Hazırda oxunan: Azərbaycan 44 erməni əsiri Ermənistana qaytardı
Hazırda oxunan: Azərbaycan 44 erməni əsiri Ermənistana qaytardı
5254
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.