“Mal bazarı”nda saxta pul satan şəxs saxlanıldı - FOTO

“Mal bazarı”nda saxta pul satan şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: “Mal bazarı”nda saxta pul satan şəxs saxlanıldı - FOTO

52465

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində saxta pul dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, dekabrın 24-də Bərdə rayon sakini Ş.Səmədov RPŞ-yə müraciət edərək “Mal bazarı” adlanan ərazidə xırdabuynuzlu heyvanları satdıqdan sonra ona verilən pullardan 13 ədəd 200 manatlıq və 1 ədəd 100 manatlıq əsginasların saxta olduğu barədə məlumat verib.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda saxta pul çap edən sevgililər saxlanıldı - FOTO


Daxil olmuş məlumat əsasında keçirilmiş tədbirlərlə saxta pul dövriyyəsində şübhəli bilinən şəxsin Ağdam rayon sakini Elmir Süleymanov olduğu müəyyən edilib.

Faktla bağlı Bərdə RPŞ-də adıçəkilən şəxslərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub, istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO