ATƏT PA-nın prezidenti dəyişdi

ATƏT PA-nın prezidenti dəyişdi

Hazırda oxunan: ATƏT PA-nın prezidenti dəyişdi

5245

Gürcüstanda yeni parlamentin formalaşmasından sonra ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli vəzifəsini tərk edib.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilib.

Qeyd olunub ki, PA-nın vitse-prezidenti lord Piter Bounes (Böyük Britaniya) prezident postunu tutub.

P.Bounes keçmiş prezidentə ATƏT və PA-ya sadiqliyinə görə təşəkkür edib.

G.Tsereteli öz növbəsində ATƏT PA-nın üzvləri etimad və dəstəyə görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, “Avropalı Gürcüstan” partiyasından deputat olmuş G.Tsereteli 2017-ci ildən ATƏT PA-ya rəhbərlik edib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO