Azərbaycanda son 2 ildə neçə nəfər intihar edib? - RƏSMİ

Azərbaycanda son 2 ildə neçə nəfər intihar edib? - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda son 2 ildə neçə nəfər intihar edib? - RƏSMİ

52411

Son iki ildə Azərbaycanda qeydə alınan intihar və özünü öldürməyə cəhd hadisələri üzrə statistika açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Sənədə əsasən, 2019-2020-ci illərdə ölkədə 1 182 intihar və 1 830 intihara cəhd hadisəsi baş verib.

Belə ki, özünü öldürən şəxslərin sayı 2019-cu ildə 585 olubsa, bu rəqəm keçən il 597 olub:

“Özünü öldürməyə cəhd edən şəxslərin sayına gəlincə, bu 2019-cu ildə 863 nəfər olub. Keçən il isə 967 nəfər intihara cəhd edib".

Bildirilib ki, kişilər arasında intihar halları qadınlara nisbətən daha çox baş verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO