Hadrutda yeni yaradılan Komando briqadasının komandiri kimdir? - VİDEO

Hadrutda yeni yaradılan Komando briqadasının komandiri kimdir? - VİDEO

Hazırda oxunan: Hadrutda yeni yaradılan Komando briqadasının komandiri kimdir? - VİDEO

52408

Xəbər verdiyimiz kimi, ötən gün Hadrutda Azərbaycan Ordusunun yeni silahlı birləşməsi olan Komando Briqadasının hərbi hissəsinin açılışı olub.

Bizim.Media xəbər verir ki, açılış mərasimində 218-ci Komando Briqadasının komandiri polkovnik Elşən Sanayev döyüş bayrağını almaq üçün gəlib.

O, Ali Baş Komandana raport, briqadaya isə komanda verib.

Məlumat üçün bildirək ki, polkovnik Elşən Sanayev Vətən müharibəsində iştirak edib. O, polkovnik rütbəsini də elə Vətən müharibəsindən sonra alıb.

Elşən Sanayev Vətən müharibəsindən sonra “Döyüşdə fərqlənməyə görə”, Cəbrayılın, Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

Qusar rayonunda anadan olan Sanayev Elşən Tərlan oğlunun 45 yaşı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO