"Zəngilanda meşə massivi salınır, təşəbbüs bir rayonla məhdudlaşmayacaq” - Rəhman Hacıyev

Hazırda oxunan: "Zəngilanda meşə massivi salınır, təşəbbüs bir rayonla məhdudlaşmayacaq” - Rəhman Hacıyev

52258

"Zəngilanda meşə massivinin salınması layihəsinə start verilib".

Bizim.Media xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda “Zəfərdən dirçəlişə: Tarixi qələbədən sonra yeni yaranan reallıq” mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində 30 min ağacın əkilməsi planlaşdırılır:

"Hər bir ağacın xüsusi suvarması olacaq: "Bu təşəbbüs əlbəttə ki, bir rayonla məhdudlaşmayacaq, azad edilən digər ərazilərdə də mütəmadi olaraq davam etdiriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO