Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən yeni FOTOLAR

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən yeni FOTOLAR

Hazırda oxunan: Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən yeni FOTOLAR

52224

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan və Prezident İlham Əliyevin yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan I texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində təməli qoyulan tunel də daxil olmaqla yol boyu 7 tunelin tikintisi aparılır.

Tunellər şərti olaraq T1A (3 340,0 m), T1 (314,9 m), T2 (556,9m), T3 (680,3 m), T4 (540,6m), T5 (454,8m) və T6 (446,3 m) adlandırılıb.

Artıq uzunluğu 3 340 m təşkil edən və şərti olaraq T1A adlandırılan tunel üzrə 350 metr qazma işləri görülüb. 556,9 metr uzunluğa malik T2 tuneli üzrə qazma işləri yekunlaşmaq üzrədir. 680,3 metr uzunluğa malik T3 tuneli üzrə tikinti işlərinə yeni start verilib.

Bundan başqa, 540,6 metr uzunluğa malik T4 tuneli, həmçinin 454,8 metr uzunluğa malik T5 tunelində sol və sağ hərəkət istiqaməti üzrə üst yarı hissəsində qazma işləri artıq tamamlanaraq tunel daxili hərəkət təmin olunub. Uzunluğu 446,3 metr olan T6 tuneli üzrə isə 130 metr qazma işləri aparılıb.

Bundan başqa, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundan ayrılan və məşhur “İsa Bulağı”nadək inşa olunacaq yol üzərində 1335,0 metr uzunluğa malik tunel üzrə də tikinti işlərinə yeni başlanılıb.

“İsa Bulağı” istiqamətində inşa edilən tunel də daxil olmaqla ümumilikdə layihə olunan tunellərin ümumi uzunluğu təqribən 7 668 metr təşkil edir. 314-3340 metr arası dəyişən tunellər bir hərəkət istiqaməti üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.

81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası ilə yanaşı yol boyu müxtəlif hissələrdə torpaq yatağının tikintisi, 9 viadukun, 7 avtomobil körpüsünün, 11 yeraltı keçidin, 59 suötürücü borunun tikintisi də layihə üzrə davam etdirilir.

4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-81.6 km arası isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək. 
Sözügedən yol başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO