Təhsil naziri Emin Əmrullayev son brifinqdə çıxışı zamanı məktəblərdə pul yığılması məsələsi ilə bağlı fikirlərinə aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, nazir bəzən səsləndirilməyən fikirlər də səsləndirildiyini və onlara fikir bildirildyini deyib:
MÖVZU İLƏ BAĞLI:
Təhsil naziri pul yığımından DANIŞDI - "Mən məktəbdə oxuyanda da..."
“Bu, çox mürəkkəb məsələdir. Mən son brifinqdə bu məsələyə toxundum. Çalışdım ki, bu barədə ictimai müzakirəyə başlayaq. Hazırda da bu müzakirə gedir.
Biz də izləyirik. Müxtəlif fikirlər səslənir. Fürsətdən istifadə edib səslənmiş fikirlərə fikir bildirən hamıya təşəkkür edirəm. Təəssüf ki, bəzən səsləndirilməyən fikirlər də səsləndirilir və onlara fikir bildirilir. Amma bu normaldır, gözləniləndir, həmişə belə olur”, - nazir qeyd edib.
O bildirib ki, bu məsələdə ümidsizliyə qapılmağa ehtiyac yoxdur.
Bizim.Media