MİLLƏT VƏKİLİ: “Təcili şəkildə Türkiyə sülhməramlıları Dağlıq Qarabağa yerləşdirilməlidir”

MİLLƏT VƏKİLİ: “Təcili şəkildə Türkiyə sülhməramlıları Dağlıq Qarabağa yerləşdirilməlidir”

Hazırda oxunan: MİLLƏT VƏKİLİ: “Təcili şəkildə Türkiyə sülhməramlıları Dağlıq Qarabağa yerləşdirilməlidir”

5215

Rusiya sülhməramlılarının missiyadan kənar fəaliyyəti yolverilməzdir. Millət vəkili Razi Nurullayev belə düşünür.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir və orada sülhməramlılar hər-hansı bir addım atırlarsa, yerlərini dəyişirlərsə, bununla bağlı Azərbaycan tərəfini məlumatlandırmalıdırlar.

Lakin onlar missiyalarından kənar işlərlə məşğuldur. Onun üçün də bu məsələlər artıq bizi narahat etməyə başlayıb:

“Çünki biz düşünürdük ki, bütün dünyada rus sülhməramlılarına qarşı münasibət mənfidir və onlar Qarabağda bu zədəli imiclərini yaxşılaşdırmağa çalışacaqlar”.

Millət vəkili deyir ki, rusların yenə köhnə qayda ilə işləməsi, Azərbaycanın suveren ərazilərində istədikləri kimi hərəkət etməsi yolverilməzdir:

“Ona görə də Türkiyə sülhməramlıları təcili şəkildə Qarabağa yerləşdirilməldir. Təbii ki, Ağdamda başlayacaq Türkiyə-Rusiya monitorinq mərkəzində türklər olacaq. Lakin bu yanlız monitoriq mərkəzi ilə bitməməlidir. Mənə elə gəlir ki, artıq Azərbaycan birtərəfli qaydada bu məsələ ilə bağlı təxirəsalınmaz addımlar atmalıdır”. 

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO