Şəmkir polisi cari ildə sakinlərdən 61 odlu silah götürüb - 4-ü avtomatdır

Şəmkir polisi cari ildə sakinlərdən 61 odlu silah götürüb - 4-ü avtomatdır

Hazırda oxunan: Şəmkir polisi cari ildə sakinlərdən 61 odlu silah götürüb - 4-ü avtomatdır

52054

2021-ci ilin ilin müvafiq dövrü ərzində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində rayon sakinlərindən ümumilikdə 61 ədəd odlu silah götürülüb. 

Bizim.Media-nın yerli bürosu məlumat verir ki, həmin silahlardan 7-si aparılan maarifləndirici-profilaktiki söhbətlər nəticəsində sakinlər tərəfindən könüllü təhvil verilib.

Əməliyyat yolu ilə aşkarlanan 54 odlu silahdan 4-ü avtomat, 1-i tapança-pulemyot, 3-ü tapança, 3 ədədi isə yivli TOZ 8 silahıdır. 

Polis idarəsindən bildiriblər ki, gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması məqsədi ilə şöbə əməkdaşları əməliyyat-profilaktiki tədbirləri davam etdirir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO