Sumqayıtda narkotik çəkib sərnişin daşıyan sürücülər saxlanıldı - VİDEO

Sumqayıtda narkotik çəkib sərnişin daşıyan sürücülər saxlanıldı - VİDEO

Hazırda oxunan: Sumqayıtda narkotik çəkib sərnişin daşıyan sürücülər saxlanıldı - VİDEO

51990

Sumqayıtdan paytaxta sərnişin daşıyan “Ford” markalı mikroavtobusun sürücüsü Əli Qasımovun narkotik vasitənin təsiri altında olduğu aşkarlanıb. 

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, mikroavtobusdan qablaşdırılan külli miqdarda marixuana da aşkar edilib. 

Eyni əməli törədən daha bir sürücü Rövşən Zeynalovun da nəqliyyat vasitəsini narkotik vasitə və psixotrop maddələrin təsiri altında idarə etdiyi müəyyən edilib. 

Hər iki sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. 
Həyata keçirilən profilaktik tədbir zamanı nəqliyyat vasitələrini spirtli içkinin təsiri altında idarə edən və avtoxuliqanlıq hərəkətlərinə yol verərək digər hərəkət iştirakçılarının həyatını təhlükə altına qoyan sürücülər də saxlanılıblar. Bu sürücülər barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO