Qarabağ Dirçəliş Fondunun sədri “Vüqar Həşimov Memorialı”nda ilk gedişi etdi - FOTO

Qarabağ Dirçəliş Fondunun sədri “Vüqar Həşimov Memorialı”nda ilk gedişi etdi - FOTO

Hazırda oxunan: Qarabağ Dirçəliş Fondunun sədri “Vüqar Həşimov Memorialı”nda ilk gedişi etdi - FOTO

51974

“Dünən iki möhtəşəm qrossmeysterin – görkəmli Vişi Anand və Fabiano Karuananın oyununda ilk gedişi etmək şərəfinə nail oldum”.

Bizim.Media xəbər verir ki, bu sözləri Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev “Facebook” hesabında yazıb.

O, özü üçün çox böyük əhəmiyyət kəsb edən bu hadisənin, dünyanın ən yaxşı şahmatçılarının mütəmadi olaraq iştirak etdiyi “Vüqar Həşimov Memorialı” şahmat turniri çərçivəsində baş tutduğunu qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ Dirçəliş Fondunda İCLAS – Mühüm qərarlar verildi


“Bu il keçirilən turnir isə mənim üçün ikiqat önəm daşıyır - təşkilatçıların qərarı ilə mən turnirin Təşkilat Komitəsinə daxil oldum və buna görə onlara səmimi təşəkkürümü bildirmək istərdim. Ümid edirəm ki, bu turnir bizi hələ uzun illər sevindirəcək.

Allah bizə dünyanın ən yaxşı şahmatçılarını təkcə Bakıda deyil, işğaldan azad edilmiş torpaqlarımızda, doğma Qarabağda da görməyi nəsib etsin.

Sonda qeyd etmək istərdim ki, Vüqar təkcə görkəmli şahmatçı deyil, həm də səmimi, gözəl insan və yaxşı bir dost idi. Onun xatirəsi qəlbimizdə əbədi yaşayacaq”, - deyə Rəhman Hacıyev vurğulayıb.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO