“Yolka” bəzəmək adəti Azərbaycana necə gəlib? – Şumerlərdən gələn ƏNƏNƏ

“Yolka” bəzəmək adəti Azərbaycana necə gəlib? – Şumerlərdən gələn ƏNƏNƏ

Hazırda oxunan: “Yolka” bəzəmək adəti Azərbaycana necə gəlib? – Şumerlərdən gələn ƏNƏNƏ

51897

Yeni ilin mühüm rəmzlərdindən biri də küknar (yolka) ağacının bəzədilməsidir. Bu ənənənin tarixi maraqlı olduğu qədər də təzadlıdır. Çoxları “yolka“ bəzəmək ənənəsini xristian dini ilə əlaqələndirir. Amma bir çox tarixi mənbələrdə bu mərasimin xristianlardan da əvvələ gedib çıxdığı məlum olub.

Mənbələrin çoxunda Yeni il “yolka“sının bəzədilməsini İsa Məsihlə əlaqələndirirlər, guya, İsa Məsih həmin ağacın altında dünyaya gəldiyi üçün Yeni ildə həmin ağacı bəzəyirlər. Amma “yolka“ bəzədilməsi ənənəsi xristianlıqdan əvvələ gedib çıxır və küknar bolluq, ruzi-bərəkət rəmzi olduğu üçün bəzənir.

Bəzi tarixçilər is hesab edir ki, ümumiyyətlə “yolka” bəzədilməsinin hər hansı bir dinlə bağlılığından söhbət getmir.  
 

MÖVZU İLƏ BAĞLI:

2021-ci ilə köhnə şam ağacları ilə gedirik – YENİ İL BAZARLIĞI


Hələ miladdan çox-çox əvvəl Qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Yeni il "yolka"sı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində şam ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Amerikaya isə "yolka"nı burada məskunlaşan almanlar gətiriblər. 

Bəzi mənbələrdə isə qeyd olunur ki, Yeni il şənliklərində bəzədilən şam ağaclarını şotlandiyalılar dəbə mindirib. Yarpağı tökülməyən, həmişə yaşıl olan bu ağac cavanlıq rəmzi sayıldığı üçün şotlandiyalılar şeytanı qaçırmaq üçün onlardan yararlanıblar və sonradan bu ağac yeni ilin bəzəyinə çevrilib. Beləcə küknar bütün dünyada məşhurlaşıb.

Tarixçi-professor Firudin Cəlilov Bizim.Media-ya açıqlamasında “yolka” bəzədilməsinin xristianlara və ya ruslara aidiyyətinin olmamasını deyib:

“Ən qədim dövrlərdə hətta Şumer ədəbiyyatında Şam ağaclarının bəzədilməsindən bəhs olunur. Yeni illə bağlı ənənələr bu torpaqda da mövcud olub və davam edir. Bunun ruslarla heç bir aidiyyəti yoxdur.
 

Qədim şumerlərlə biz qonşu olmuşuq və Yeni il ənənələrini onlardan götürmüşük. Sovet dövründə bu mərasim geniş yayılmışdı. Təbii ki, onun da təsiri olub. Amma məsələnin kökünün ruslarla bağlılığı yoxdur”.


Tarixçi hesab edir ki, ümumiyyətlə hər bir ənənənin əsl kökünə, tarixinə əsaslanmaq lazımdır və ilin mənbələrə istinad edərək maariflndirmə aparılmalıdr. Yalnış təbliğat çox hallarda insanları fərqli təsəvvürlərə və yalan informasiyaları qəbul etməyə vadar edir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO