Məktəbi bitirə bilməyən 1 238 nəfər imtahan verəcək

Məktəbi bitirə bilməyən 1 238 nəfər imtahan verəcək

Hazırda oxunan: Məktəbi bitirə bilməyən 1 238 nəfər imtahan verəcək

51889

Əvvəlki illərdə paytaxtdakı ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanları üçün onlayn sənəd qəbulu başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, eksternat imtahanlarında iştirak etmək üçün [email protected] elektron poçt ünvanına 1 238 müraciət daxil olub.
 

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə aralıq imtahanlarında uğur qazandıqdan sonra buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.


Eksternat təhsilalma forması üzrə aralıq imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO