Bakı Nəqliyyat Agentliyindən sürücülərə MÜRACİƏT

Bakı Nəqliyyat Agentliyindən sürücülərə MÜRACİƏT

Hazırda oxunan: Bakı Nəqliyyat Agentliyindən sürücülərə MÜRACİƏT

51868

Bakı Nəqliyyat Agentliyi (BNA) hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərə və sərnişinlərə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"23-24 dekabr tarixlərində paytaxtda hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar bəzi yerlərdə qar yağacağı ehtimal edilir.
 

MÖVZU İLƏ BAĞLI:

DYP-dən sürücülərə XƏBƏRDARLIQ


Hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərə xüsusən enişli-yoxuşlu yollarda yarana biləcək qəza və digər xoşagəlməz halların qarşısının alınması üçün diqqətli olmaları tövsiyə edilir.

Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə qarlı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə olunur.

Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir".

"Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Eyni zamanda piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etsinlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO