Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı təhsil müəssisələri, qoşun növləri və qisimləri, eləcə də əlahiddə hərbi bölmələrin şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqların təlim-metodiki toplantısı keçirilib.
Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov 2021-ci tədris ili ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlıq, hərbi intizamın möhkəmləndirilməsi və digər sahələrdə görülən işlər, eləcə də 2022-ci tədris ilində bu istiqamətdə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Toplantıda tərbiyəvi iş üzrə zabitlər ideoloji iş və mənəvi-psixoloji təminatın yüksəldilməsi istiqamətində cari il ərzində görülən işlərə, əldə olunan nailiyyətlərə və nöqsanların aradan qaldırılmasına dair məruzələrlə çıxış ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
01:22 / 22.12.2021
Azərbaycan Ordusunda komandir müavinlərinin TOPLANTISI KEÇİRİLDİ
Hazırda oxunan: Azərbaycan Ordusunda komandir müavinlərinin TOPLANTISI KEÇİRİLDİ
Hazırda oxunan: Azərbaycan Ordusunda komandir müavinlərinin TOPLANTISI KEÇİRİLDİ
51842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.