Marixuana qəbul edən sürücü həbs olundu - FOTO

Marixuana qəbul edən sürücü həbs olundu - FOTO

Hazırda oxunan: Marixuana qəbul edən sürücü həbs olundu - FOTO

0:00
0:00
51653

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmini məqsədilə keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayonun Hənifə kəndi ərazisində “Tofaş” markalı avtomobilin sürücüsü davamlı olaraq yol-hərəkəti qaydalarını pozub və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıb.

Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən vaxtında görülmüş tədbirlərlə nəqliyyat vasitəsini saxlamaq mümkün olub.

Sürücünün və nəqiyyat vasitəsindəki sərnişinin narkotik vasitə qəbul etmələrinə dair şübhələr olduğundan onlar Polis Şöbəsinə gətirilib. Müayinə zamanı avtomobili idarə edən Məmməd Hüseynov və sərnişin Ayaz Ramazanovun marixuana qəbul etdiyi məlum olub.
Onların barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Hüseynov 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO