Bakıda “Kənddən Şəhərə” Yeni il yarmarkaları başladı - FOTO

Bakıda “Kənddən Şəhərə” Yeni il yarmarkaları başladı - FOTO

Hazırda oxunan: Bakıda “Kənddən Şəhərə” Yeni il yarmarkaları başladı - FOTO

51541

Kənd Təsərrüfatı Nazirliyinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil etdiyi “Kənddən Şəhərə” Yeni il yarmarkaları bu gün fəaliyyətə başlayıb.

Bizim.Media bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, dekabrın 30-na qədər davam edəcək yarmarka Bakıda və Abşeronda - 3 fərqli ünvanda vətəndaşların xidmətində olacaq.

Yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 100-ə yaxın fermer öz təsərrüfatlarının məhsulları ilə iştirak edirlər.

Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaqdır.
“Kənddən Şəhərə” Yeni il yarmarkası karantin rejiminin tələblərinə tam əməl olunmaqla baş tutur. Belə ki, yarmarkanın təşkil olunduğu ərazilərdə əvvəlcədən dezinfeksiya işləri aparılıb, həmçinin yarmarkanın fəaliyyəti boyunca tibbi-profilaktik vəziyyətə, o cümlədən vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO