Dövlət qulluğunda bu vəzifələr üzrə test imtahanının nəticələri AÇIQLANDI

Dövlət qulluğunda bu vəzifələr üzrə test imtahanının nəticələri AÇIQLANDI

Hazırda oxunan: Dövlət qulluğunda bu vəzifələr üzrə test imtahanının nəticələri AÇIQLANDI

51434

Dekabrın 19-da Dövlət İmtahan Mərkəzi dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirib.

İmtahanın nəticələri Mərkəzin saytında yerləşdirilib.

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya bildirilib ki, namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident “Dövlət qulluğu haqqında” qanuna dəyişikliyi təsdiqlədi


İmtahan vermək üçün qeydiyyatdan keçmiş 1903 namizəddən 32-si imtahana gəlməyib. Bir nəfər mobil telefon, bir nəfər isə köməkçi vəsaitdən (konspekt) istifadəyə cəhd etdiyinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunub.

İmtahanın nəticələrinə əsasən, BA1 altqrupu üzrə 14 nəfər, BA2 altqrupu üzrə 20 nəfər, BA3 altqrupu üzrə 32 nəfər, BA4 altqrupu üzrə 91 nəfər, BB1 altqrupu üzrə 121 nəfər, BB2 altqrupu üzrə 138 nəfər, BB3 altqrupu üzrə 201 nəfər, BB4 altqrupu üzrə 253 nəfər olmaqla, ümumilikdə 870 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək.

Sertifikat 5 il qüvvədə olur. Namizəd sertifikatı əldə etmək üçün dekabrın 20-dən 2022-ci il yanvarın 5-dək Mərkəzin portalında müraciət formasını doldurmalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO