Ağstafada “Niva”nın sürücüsü həbs edildi – SƏBƏB - FOTO

Ağstafada “Niva”nın sürücüsü həbs edildi – SƏBƏB - FOTO

Hazırda oxunan: Ağstafada “Niva”nın sürücüsü həbs edildi – SƏBƏB - FOTO

0:00
0:00
51370

Dekabr ayının 18-də Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman 90-VE-205 dövlət qeydiyyat nişanlı, “Niva” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud surətdə pozduğuna və avtomobilinə konstruksiya dəyişikliyi etdiyinə görə saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Bu zaman sürücü-Ağstafa rayon sakini, Zülfüqar Vəliyev polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq, onlarla sözlü münaqişə yaradıb və ictimai asayişi kobud surətdə pozub.
 

MÖVZU İLƏ BAĞLI:

Ağstafada avtomobil ağaca çırpıldı: 1 ölü, 2 yaralı var


Bununla bağlı olaraq Z.Vəliyev saxlanılaraq RPŞ-yə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Z.Vəliyev 8 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO