“Təəssüf ki, koronavirus infeksiyası tez-tez mutasiyaya uğrayır və bu da virusun xüsusiyyətidir. Nəticədə yeni ştamlar yaranır. Həmin ştamlara yoluxarkən yeni müxtəlif kliniki gedişata malik olan xəstəlik öz xüsusiyyətini dəyişir və bununla bağlı görülən tibbi tədbirlər dəyişmiş ola bilir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev AzTV-nin "Hədəf" verilişinə açıqlamasında deyib.
O qeyd edib ki, COVID-19 xəstəliyinin müəyyənləşdirilməsində qızıl standart kimi qəbul edilmiş PCR üsulu ilə qısa müddətdə sırf bu diaqnostika üçün hazırlanan 50-dən çox laboratoriya işə salınıb və mövcud olan şəbəkəyə qoşulub:
“Həmin laboratoriyalar sırf mərkəzi iri şəhərlərdə deyil, bütün regionlarda fəaliyyət göstərirlər. Yeni klinika və modul tipli xəstəxanaların əks-pandemik tədbirlərə cəlb olunması onu göstərdi ki, ölkə başçısının yeritdiyi səhiyyə siyasəti və həmin siyasətin mərkəzində duran Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır”.
Bizim.Media