Sosial şəbəkə DİLƏNÇİLƏRİ: Hicablı fırıldaqçılar yetimə dəstək adı ilə insanları necə aldadır?

Sosial şəbəkə DİLƏNÇİLƏRİ: Hicablı fırıldaqçılar yetimə dəstək adı ilə insanları necə aldadır?

Hazırda oxunan: Sosial şəbəkə DİLƏNÇİLƏRİ: Hicablı fırıldaqçılar yetimə dəstək adı ilə insanları necə aldadır?

51288

Sosial şəbəkələr inkişaf etdikcə, ondan dələduzluq məqsədi ilə istifadə halları da artmağa başladı. 

Son zamanlar isə bu hal mütəmadi rastlaşılan problemə çevrilib. Özlərini məzlum göstərən bu insanlar, istifadəçilərin mərhəmətindən istifadə edərək şəbəkələrdə guya uşaqlarının xəstəliyi və bu kimi müxtəlif səbəblərlə fırıldaq oyunları qururlar. 

Amma gec-tez belə hallar və şəxslər ifşa edilir. 

İlyas Ağayev adlı şəxs bildirir ki, “kha1unislam” adlı sosial şəbəkə istifadəçisi ondan fırıldaq yolu ilə kartına pul göndərməyi istəyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Instagram”dan QADAĞA – Bu şəxslərə giriş qadağan ediləcək - VİDEO


“Profilində hicablı bir xanım fotosu olan sosial şəbəkə istifadəçisi mənə şəxsi mesaj yazaraq bildirdi ki, bir kasıb ailənin xanımı ana olmağa hazırlaşır, xəstəxanada isə ondan 1000 manat pul tələb edir. Məndən xahiş etdi ki, imkanım nəyə çatırsa həmin xanıma yardımçı olum.

O, bank kartının nömrəsini mənə yolladı və qeyd etdi ki, ora 10 manat pul köçürüm. Mən hamilə xanım haqqında daha ətraflı məlumat almaq üçün ona bir neçə sual verdim. Əvvəl suallarıma cavab verən xanım, daha sonra ondan hamilə xanımın hansı xəstəxanada qeydiyyatda olduğu haqqında sənədin fotosunu istəyəndə məni qara sıyahıya atdı”.

Bir başqa istifadəçi Tələt Abbasov isə qeyd edir:

“Əmlak saytlarından birində ev kirayəyə verən, özünü Fərid Babayev kimi təqdim edən şəxs bizdən ilkin ödəniş olaraq 200 manat tələb etdi. Biz bu insana aldanaraq, pulu onun verdiyi bank hesabına ödədik. Danışdıq ki, səhər görüşüb evə baxmağa gedəcəyik. Lakin səhəri biz bu insanla əlaqə yarada bilmədik, telefonu sönük idi. Sonrada ondan şikayət edəndə gördük ki, özünü yalançı əmlak işçisi kimi qələmə verən bu adam 20 nəfərdən də bu yolla pul alıb və yoxa çıxıb”.

Vəkil Leyla Abbasova Bizim.Media-ya açıqlamasında bildirib ki, bizə müraciət edənlərin demək olar ki, çoxu bu cür fırıldaqçılarının toruna düşənlərdir:

“Şikayətçilər arasında hətta 500-600 min manat məbləğində aldanan insanlar belə var. Müasir dövrdə müxtəlif fırıldaqçılara rast gəlmək olur. Əsasən “fəaliyyət” sahələrinin Facebook və İnstagram sosial şəbəkələri olan bu insanlar müxtəlif yollarla icbari sığorta, dərmanlar, turizm, avtomobil və ev alqı-satqısı və.s yollarla insanlardan pul alıb, onları aldadırlar. Əsasən isə son zamanlar işə düzəltmək adı ilə insanlardan pul toplayan fırıldaqçılara rast gəlmək olur”.

Leyla Abbasova qeyd edir ki, falçılarla bağlı şikayətlər də yetəri qədərdir.
 

“Bir xanım bizə müraciət etmişdi. Bir falçı xanım ona qızının “bəxtinin açılması” üçün 7 min manat pul istəyib. Xanımda heç düşünmədən bu məbləği o falçıya ödəyib.  Daha sonra isə öhdəsinə götürdüyü işi “layiqincə yerinə yetirə” bilmədiyi üçün xanım ondan şikayətçi olub”.


İT mütəxəssis Elxan Cəfərov isə sosial şəbəkə istifadəçilərini daha ayıq olmağa çağırıb.

“Mütləq şəkildə alış-veriş zamanı və yaxud da kiməsə yardım edib pul köçürmək istəyərkən, məsələni dəqiq araşdırmaq lazımdır. Bu işləri kor-koranə həll etmək olmaz. Belə olduğu təqdirdə istifadəçilər aldanaraq bu insanların fırıldaqlarına qurban gedirlər. Bunun üçün xüsüsi olaraq sənəd, deklorasiya tələb etmək lazımdır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO