AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Elm və Texnologiya Parkı Azərbaycan bazarında nüfuz qazanmış müasir mühəndislik şirkəti olan “Project Terra” MMC ilə əməkdaşlıq çərçivəsində istehsal etdiyi dronların yeni sınağını həyata keçirib.
Bizim.Media xəbər verir ki, əməkdaşlığın məqsədi drona quraşdırılmış mobil skanerin (LidarUSA Revolution 120) müəssisənin dronlarında tətbiqi imkanlarını yoxlamaqdır.
Belə ki, AMEA mütəxəssisləri tərəfindən istehsal olunan dronlar ötən həftə ərzində “Project Terra” şirkəti tərəfindən elmi-tədqiqat layihəsi çərçivəsində idarə olunaraq yeni sınaqdan müvəffəqiyyətlə keçib.
“LidarUSA Revolution 120” skaneri ilə ərazi barədə (relyef, yüksəkliklər, dərələr və s.) tam məlumat əldə etmək mümkündür.
Bu skaner vasitəsilə böyük ərazilərin, insan üçün əlçatmaz yerlərin məlumatları tez bir zamanda yüksək dəqiqliklə əldə edilir.
Toplanmış məlumatlar lazım olan nəticələrin əldə edilməsi (xəritəçəkmə, 3D modellərin hazırlanması, müvafiq obyektlərin lokasiyası və s.) üçün istifadə oluna bilər.
“Project Terra” şirkəti tərəfindən lazer skanerlərdən istifadə edərək müvafiq tikililərin, tarixi abidələrin, küçələrin və s. obyektlərin dəqiq ölçülərinin, ən xırda detalların rəqəmsal formada əks etdirilməsi azad olunmuş ərazilərdə (Şuşa, Ağdam və s.) tətbiq edilmiş, uğurlu nəticələr əldə olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:26 / 17.12.2021
Azərbaycanda yeni istehsal olunan dronlar sınaqdan keçirildi - FOTO
Hazırda oxunan: Azərbaycanda yeni istehsal olunan dronlar sınaqdan keçirildi - FOTO
Hazırda oxunan: Azərbaycanda yeni istehsal olunan dronlar sınaqdan keçirildi - FOTO
51187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.