Xəbər verdiyimiz kimi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bu gün keçirilən birgə iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi davam edir.
Bizim.Media xəbər verir ki, deputat Fazil Mustafa “Media haqqında” qanun layihəsindən bir maddənin çıxarılması təklif edilib.
MÖVZU İLƏ BAĞLI:
Agentlikdən “Media haqqında” qanun layihəsi ilə bağlı səsləndirilən iddialara CAVAB
O bildirib ki, layihədəki media savadlılığı ilə bağlı bənd aydın deyil:
“Bu, medianın öz işidir. İstəyən savadlı olub pul qazanar, istəməyən savadsız olub gözdən düşər. Bunu ayrıca bir maddədə göstərməyin məntiqi yoxdur. Ona görə də hesab edirəm ki, 10-cu maddə (Media savadlılığı) qanun layihəsindən çıxarılmalıdır”.
Bizim.Media