Bakıda maşın qaçıran şəxslər həbs olundu

Bakıda maşın qaçıran şəxslər həbs olundu

Hazırda oxunan: Bakıda maşın qaçıran şəxslər həbs olundu

51085

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə dekabrın 13-də saat 9 radələrində Biləcəri qəsəbəsi ərazisində yerləşən avtoservislərin birindən qəsəbə sakini V. Vəliyevə məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobil həmin gün saat 16 radələrində Bakı-Quba yolundakı postda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən sürücü, Beyləqan rayon sakini Musa Tağıyevin və sərnişini, Abşeron rayon sakini Elnur Hüseynovun narkotik vasitə qəbul etmələri də müəyyən edilib.

Onlar saxlanılaraq Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə təhvil veriliblər.

İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 206-cı maddələri ilə onların barəsində protokollar tərtib olunub. Binəqədi rayon məhkəməsinin qərarları ilə M.Tağıyev 25 gün, E. Hüseynov isə 1 ay müddətinə inzibati qaydada həbs ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO