Astara Rayon Mərkəzi Xəstəxanasında qadının ölümü ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 10-da rayonun Ərçivan qəsəbə sakini Elnarə Əliyevanın dərman zəhərlənməsi diaqnozu ilə Astara Rayon Mərkəzi Xəstəxanasında daxil olması və ertəsi gün orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Goranboyda 3 nəfər qidadan zəhərləndi
Aparılan araşdırmalarla Elnarə Əliyevaya göstərilən tibbi yardımların tam həcmdə və vaxtında icra olunmaması, vəziyyətinin düzgün qiymətləndirilməməsi nəticəsində ölümün baş verməsi müəyyən edilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Bizim.Media