Bakıda yeni il hazırlıqlarına start verildi - FOTO 

Bakıda yeni il hazırlıqlarına start verildi - FOTO 

Hazırda oxunan: Bakıda yeni il hazırlıqlarına start verildi - FOTO 

50724

Paytaxtda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına hazırlıq işləri davam edir.

Bakı Şəhər İcra Hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, şəhərin müxtəlif ərazilərində-parklarda, meydanlarda və küçələrdə hazırlıq işləri, yeni il atributlarının, işiq installasiyalarının və digər bəzəklərin quraşdırılmasına start verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni il şənlikləri bu qaydada keçiriləcək - Operativ Qərargah


Artıq Bakının müxtəlif ərazilərində Yeni il bayramının əsas atributu olan şam ağaclarının karkaslarının qurulmasına başlanılıb.

Paytaxtın Baş Yolkasının isə Azadlıq meydanında qurulacağı bildirilir. Bundan başqa 2022-ci ilə özündə ehtiva edən müxtəlif konstuksiyalar da quraşdırılmağa başlanılıb. 

Müxtəlif əyləncə və ticarət mərkəzlərində də yeni il hazırlıqları aparılır. Şəhərimizin 2022-ci ili qarşılaması üçün kafe və restoranlarda, teatr və kino müəssislərində də proqramlar tərtib edilib, afişalar vurulub.
 

Baki İH aparılan hazırlıq tədbirləri ilə yanaşı vətəndaşlar arasında pandemiya dönəmi üçün təbliğat işlərini də unutmayıb. Sakinlərdən xahiş olunur ki, pandemiya ilə bağlı müəyyən edilmiş mövcud qaydalara və tələbələrə uyğun davransınlar, şərtləri pozmasınlar.


Bizim.Media olaraq, biz də xalqımıza 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü və Yeni il bayramını sağlam əhval-ruhiyyədə qeyd etməyi arzuulayırıq.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO