Masallıda arvadını qətlə yetirən şəxsdən yeni XƏBƏR VAR

Masallıda arvadını qətlə yetirən şəxsdən yeni XƏBƏR VAR

Hazırda oxunan: Masallıda arvadını qətlə yetirən şəxsdən yeni XƏBƏR VAR

50718

Masallı rayonunda qətl törətməkdə təqsirləndirilən Ariz Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, iş rayon prokurorluğunda yekunlaşdırılaraq, baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 23-nə təyin edilib.
 

Qeyd edək ki, bu il avqustun 28-i saat 10 radələrində 1991-ci il təvəllüdlü Elza Ağayevanın Masallı rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü A.Ağayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı E.Ağayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

A.Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO