Kəlbəcərin prokurorundan Prezidentə və baş prokurora şikayət edildi

Kəlbəcərin prokurorundan Prezidentə və baş prokurora şikayət edildi

Hazırda oxunan: Kəlbəcərin prokurorundan Prezidentə və baş prokurora şikayət edildi

50636
Kəlbəcər rayonundan məcburi köçkün İlham Məmmədov bununla bir neçə dəfədir ki, saytımıza müraciət edərək probleminin işıqlandırılmasını və müvafiq instansiyalara çatdırılmasını xahiş edir. Biz də onun xahişini yerinə yetiririk və bəri başdan Kəlbəcər rayon prokurorunun və polis şöbəsi rəisinin də fikirlərinə yer ayırmağa hazır olduğumuzu bildiririk:

“Hörmətli Redaksiya, Kəlbəcər Rayon Prokurorunun qanunazidd hərəkətləri barədə  sizə ünvanlanmış  müraciətlərimi saytınızda yayımladığınıza görə öz minnətdarlığımı bildirirəm.
Hazırda ibtidai  araşdırmaya prosessual rəhəbrliyi həyata keçirən  Kəlbəcər rayon prokuroru Ariz Əliyev və Kəlbəcər rayon Polis Şöbəsinin müstəntiqi  Əyyub Ələsgərov  cütlüyü  özlərinə xas üsullardan isdifadə edərək  yeni istintaq hərəkətlərinin aparılması üçün  anlaşılmaz metodlar kəşf ediblər. Belə ki,  prokuror və müstəntiq tərəfindən  zərərçəkmiş şəxsə birbaşa təzyiqlər edilərək özlərinin maraqları naminə  təqsirləndirilən şəxsin xeyrinə  ifadə alırlar. Bu barədə  təqsirləndirilən şəxsin valideynlərinin prokuror və müstəntiqlə zərərçəkmiş şəxsə qarşı    edilmiş təzyiqləri sübut edən səs yazıları  məndə var.  Konsitutsiyanın 32- ci maddəsinin 5-ci bəndinə,  eləcə də CPM-nin 125.1.-ci maddəsinə əsasən məndə olan səs yazılarına görə  mən məsuliyyət daşımıram.   Prokuror və müstəntiq  bilməlidilər ki, apardıqları istintaqda, qanun  normasının hərfi mənasına görə yox, faktiki vəziyyətinə  uyğun yanaşmalı, çıxarılacaq qərar qanuni olmaqla bərabər, həm də ədalətli olmalıdır. Prosessual rəhbərliyi həyata keçirən prokuror və müstəntiq bilməlidir ki  apardıqları istintaq, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. 
Öncəki müracətlərimdə mən bildirmişdim ki , Kəlbəcər rayon  Prokuroru qanunazidd hərəkət edərək öz maraqları naminə öz əlaltıları ilə  məni ağır və ya xüsusi ilə ağır cinayətlərdə ittiham etdirməklə məni ölümlə hədələtdirir. Yuxarıda qeyd etdiyim  faktlar birbaşa sübut edir ki, həqiqətən Kəlbəcər rayon prokuroru Ariz Əliyev prosessual hərəkətləri pozaraq  öz maraqları naminə işləyir.
 Hörmətli redaksiya, sizdən xahiş edirəm ki , mənim haqq səsimi Hörmətli Prezidentimizə, eləcə də hörmətli baş prokurorumuza çatırılmasında yardımçı olasınız.

Kəlbəcər rayon sakini  Gəncə şəhəri yeni yaşayış massivi bina 12 mənzil 29 -da yaşayan Məmmədov İlham Yadigar oğlu. 
Telefon- 051 464 71  48”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO