Salyanda 21 yaşlı qızın intihar etməsinin TƏFƏRRÜATI

Salyanda 21 yaşlı qızın intihar etməsinin TƏFƏRRÜATI

Hazırda oxunan: Salyanda 21 yaşlı qızın intihar etməsinin TƏFƏRRÜATI

50631

Salyanda gənc qızın intihar intihar etməsinin təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, rayonun Ərəbqardaşbəyli kənd sakini, 2000-ci il təvəllüdlü Bağırova Könül Şakir qızı yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib. Onun cansız bədənini axşam saatlarında atası aşkar edib.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin salyan rayon şöbəsinə yerləşdirilib.

Onun intihar etməsinin təfərrüatı məlum olub. Telegram kanallarında yayılan informasiyada deyilir ki, K.Bağırovaya başqa bir oğlan elçi düşüb. Hər iki gəncin razılığı ilə gənclər nişanlanıblar. Bir neçə gündən sonra baş tutacaq nişan mərasiminə hazırlıqlar da görülübmüş.

Yaxınlarının sözlərinə görə, qızın əvvəllər nişanlı olması indiki nişanlısının ailəsindən gizlədilib. Hadisənin üstü açılandan sonra isə qızın ikinci dəfə nişanının qaytarılacağı barədə söz-söhbət yayılıb.
Bütün olanların gərginliyini yayaşayan K.B çıxış yolu kimi özünə qəsd edib. Onun üzərində olan kağız parçasında yazılıb:

"Mənim ölümümdə heç kəs günahkar deyil".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO