Bakı sakini həbsdə olan qonşusuna narkotik ötürməyə cəhd etdi

Bakı sakini həbsdə olan qonşusuna narkotik ötürməyə cəhd etdi

Hazırda oxunan: Bakı sakini həbsdə olan qonşusuna narkotik ötürməyə cəhd etdi

50492

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Bizim.Media-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Fərid Fərhad oğlu Mustafayevə qonşusu Bakı şəhər sakini Azər Tofiq oğlu Quliyev tərəfindən gətirilən sovqata baxış keçirilib.

Yoxlama zamanı orada olan hamam dəsmalına hopdurulmuş ümumi çəkisi 0,361 qram olan narkotik vasitə heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO