Bu qaydanı pozanlar 200 manat cərimələnəcək – Məcəlləyə DƏYİŞİKLİK

Bu qaydanı pozanlar 200 manat cərimələnəcək – Məcəlləyə DƏYİŞİKLİK

Hazırda oxunan: Bu qaydanı pozanlar 200 manat cərimələnəcək – Məcəlləyə DƏYİŞİKLİK

0:00
0:00
50398

Azərbaycanda turizm qanunvericiliyinin pozulmasına görə yeni cərimələr müəyyən edilir.

Bizim.Media-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 13.2–13.4-cü maddələrinin tələbləri pozularaq, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə üç yüz manat məbləğində cərimə edilir.

Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə iki yüz manat məbləğində cərimə tətbiq olunacaq.

Məcəlləyə dəyişiklik Milli Məclisin dekabrın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO